RU

Trampın “Yanlışlıqla ola bilər” şərhinə liderlərdən SƏRT CAVAB

Polşa sərhəddini pozan Rusiya hava hücumlarını “yanlışlıqla ola bilər” ifadəsi ilə şərh edən ABŞ Prezidenti Donald Trampa Polşa rəhbərliyi sərt cavab verib. 

Baş nazir Donald Tusk açıqlamasında “Biz də bunun səhv olmasını istərdik. Amma deyildi, bunu bilirik” deyə münasibət bildirib.

News24.az xəbər verir ki, çərşənbə günü Polşa NATO müttəfiqlərinin hərbi təyyarələrinin köməyi ilə hava məkanını pozan hücumları dəf edib. 

Müdafiə nazirinin müavini Çezari Tomçık da Trampın açıqlamasına cavab verərək, “Burada səhv ehtimalı yoxdur, bu, qəsdən edilən hücum idi” bildirib. Xarici işlər naziri Radoslav Sikorski isə “O gecə Rusiyanın 19 dronu Polşaya, 400 dronu və 40 raketi Ukraynaya yönəldi. Bunlar səhv deyildi” deyə vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə məsələni önəmsiz sayaraq “ABŞ və Avropa həmişə belə iddialar səsləndirir, fərqi yoxdur” deyib.

Hadisədən sonra Avropa Birliyi, şimal-şərq sərhədlərində “hava hücumu divarı” qurmaq üçün işlərə başlayıb. Rushava hücumlarının bir hissəsi yaşayış binalarına düşərək böyük dağıntılara səbəb olub.

Xeyrənsə Piriyeva

Избранный
185
news24.az

1Источники