RU

Bundesliqa: "Qarabağ"ın rəqibi uduzdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bundesliqanın üçüncü turuna Leverkuzenin "Bayer" və Frankfurtun "Ayntraxt" klublarının qarşılaşması ilə start verilib.
Oxu.Az xəbər verir ki, Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında meydana çıxdığı ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.
Hazırda "Bayer" aktivindəki 4 xala turnir cədvəlində 7-cidir. "Ayntraxt" isə 6 xalla ilk üçlüyü qapayır.
Xatırladaq ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibləri sırasındadır. Klublar arasındakı oyun yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Избранный
52
oxu.az

1Источники