RU

Avstraliya millisinin basketbolçusu 30 yaşında öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliya Milli Komandasının basketbolçusu Tiana Manqakaya 30 yaşında süd vəzisi xərçəngindən vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, Manqakayaya ilk dəfə 2019-cu ildə ABŞ-də təhsil alarkən süd vəzisi xərçəngi diaqnozu qoyulub. Daha sonra o, ikitərəfli mastektomiya əməliyyatı keçirib və bir neçə kimyaterapiya kursu alıb.
2021-ci ildə basketbolçu Avstraliya millisi ilə Asiya Kubokunda bürünc medal qazanıb, daha sonra isə NBA-da çıxış edib.
2023-cü ildə səhhəti kəskin pisləşdiyindən Manqakaya karyerasını başa vuraraq Sidneydə məşqçi kimi fəaliyyət göstərib.
Избранный
26
oxu.az

1Источники