RU

“12 DEV ADAM” TARİX YAZDI... Türklər yunanlara basketbol dərsi keçdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“12 DEv Adam” kimi tanınan Türkiyənin A Milli Kişi Basketbol Komandamız 2025 Avropa Çempionatının (EuroBasket) yarımfinal oyununda Yunanıstanla qarşılaşıb. Ay-ulduzlular çətin görüşü 94-68 hesabı ilə qazanaraq, 24 ildən sonra finala adını yazdırıb.

"AzPolitika" xəbər verir ki, baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi Türkiyə komandası Arena Riga-da keçirilən oyuna Şeyn Larkin, Şehmus Hazer, Cedi Osman, Ercan Osmani və Alperen Şengün beşliyi ilə başlayıb.

Hücumda da, müdafiədə də üstün çıxış edən ay-ulduzlular qarşılaşmanı 94-68 hesablı qələbə ilə başa vuraraq finala yüksəliblər.

Beləliklə, “12 Dev Adam” 24 ildən sonra yenidən Avropa Çempionatının finalına çıxmağa nail olub. Komanda sonuncu dəfə ev sahibliyi etdiyi EuroBasket 2001-də finala yüksəlmişdi.

Millilər final oyununda Finlandiyanı 98-86 hesabı ilə məğlub edən Almaniya ilə qarşılaşacaq.

Böyük görüş sentyabrın 14-də, bazar günü, saat 21:00-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
azpolitika.info

1Источники