RU

ABŞ-da dəfn bürosu mərhumların külləri əvəzinə ailələrə beton göndərib

Musavat.com xəbər verir ki, ABŞ-da Hallford soyadlı ər-arvadın idarə etdiyi dəfn bürosunun dəhşətli fırıldağı üzə çıxıb.

Associated Press-in məlumatına görə, cütlük 2019–2023-cü illər arasında 191-ə yaxın cəsədi kremasiya etməyib, onları uyğun olmayan şəraitdə saxlayıb və mərhumların ailələrinə küllər əvəzinə beton göndərib.

Qeyd olunur ki, onlar bu yolla təxminən 130 min dollar qanunsuz gəlir əldə ediblər və hökumətdən biznesin dəstəklənməsi üçün maliyyə yardımı da alıblar.

Məhkəmə hakimi təqsiri etiraf etmə barədə razılaşmanı rədd edib, çünki mərhumların ailələri ifadə zamanı yaxınlarının cəsədləri ilə bu şəkildə rəftar edildiyini öyrəndikdə yaşadıqları sarsıntını açıqlayıblar. 

 

Musavat.com

Избранный
46
46
musavat.com

10Источники