RU

Çarli Kirki öldürən şəxs KİMDİR... - FOTO

ABŞ-da gənc mühafizəkar lider və "Turning Point USA" təşkilatının qurucusu Çarli Kirkin qətli ilə bağlı əsas şübhəli saxlanılıb.

Modern.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlamasında 22 yaşlı Tayler Robinsonun həbs olunduğunu təsdiqləyib.

“Düşünürəm ki, biz onu tutduq. Mənə dedilər ki, bu, axtardığımız adamdır. Onu, əslində, çox yaxın biri, öz atası hüquq-mühafizə orqanlarına təhvil verib,” - deyə Tramp bildirib.

Prezident, həmçinin əlavə edib ki, məhkəmə prosesi mümkün qədər tez baş tutmalı və ölüm hökmü ilə nəticələnməlidir:

“Məhkəmələr sürətli olmalıdır. İllərlə uzanan proseslər insanların inamını itirir. Ümid edirəm, o, ölüm hökmü alacaq. Çarli bunu haqq etmirdi, o, əsl vətənpərvər idi.”

Utah ştatının qubernatoru Spenser Koks açıqlayıb ki, Robinson Sankt-Corc şəhərində saxlanılıb. Onun atasının polisə məlumat verməsindən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel istintaqın gedişi ilə bağlı fövqəladə onlayn iclas keçirib, 200-dən çox agent prosesi izləyib. Patel qeyd edib ki, büro “böyük təzyiq altındadır” və əlavə edib ki, Robinsonun motivləri və mümkün şərikləri araşdırılır.

İstintaq zamanı Robinsona məxsus silah tapılıb. Qubernatorun sözlərinə görə, patron gilizlərindən birində “Lovi, faşist”, digərində isə LGBT müdafiəsi şüarı həkk olunub. Bu, ictimaiyyət arasında hücumun siyasi motivli olması barədə mübahisələri gücləndirib.

Araşdırmalars görə, Robinsonun atası Mett Robinson 30 ilə yaxın polis vəzifəsində çalışıb, bir müddət şerif olub. Anası isə həmin universitetin məzunudur, hazırda sosial xidmət sahəsində çalışır. Ailə dindar və silahlara maraqlı olub.

Çarli Kirk 10 sentyabrda Yuta Vadisi Universitetində çıxışı zamanı snayper atəşi ilə öldürülüb. Onun qətli ABŞ-da siyasi zorakılığın və cəmiyyətin dərin parçalanmasının rəmzinə çevrilib. Ağ Ev hadisədə Demokrat Partiyasını ittiham edir, bir sıra respublikaçılar bunu “sol terroru” adlandırır. Demokrat tərəfdarları isə Kirkin özünün kəskin ritorikasının gərginliyi artırdığını iddia edirlər.

Избранный
11
22
modern.az

10Источники