"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15.00-dan etibarən "iTicket.az"da onlayn şəkildə satışda olacaq. Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidi. Biletlərin qiyməti 88 manatdı.
Klub yaydığı məlumatda bildirib:
"Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunur".
Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23.00-da (Bakı vaxtı ilə) start götürəcək.