ain.az, Oxu.az saytına istinadən bildirir.
Sentyabrın 10-da Polşanın hava məkanına daxil olan dronlar qonşu ölkələrdən gəlib.
Oxu.Az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa Televiziyasına (TVP) açıqlamasında bildirib.
"Bu pilotsuz uçuş aparatları təkcə Ukraynadan deyil, həm də Belarusdan bizim hava məkanımıza gəlib", - diplomat bildirib.
Buna baxmayaraq, Polşa XİN rəhbərinin sözlərinə görə, ölkəsi Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsmək üçün heç bir səbəb görmür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.