Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, günün son qarşılaşmasında "Qarabağ" "Zirə"ni qonaq edib.
Hərəyə bir qol vuran komandalar 1-1 hesablı heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, bu gün keçirilən digər oyunda "Araz-Naxçıvan" "Kəpəz"i 2-0 hesabı ilə məğlub edib.