RU

Bəybala Xankişiyevin ölkədən çıxışına "stop" qoyuldu

"Yeni Memar" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Musavat.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi və direktoru olan Bəybala Xankişiyevin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 38052,44 manat borcu olub. İdarə tərəfindən məhkəməyə müraciət edilib. 

Məhkəmənin qərarı ilə Bəybala Xankişiyevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, "Yeni Memar" şirkəti 1997-ci ildə Bakı şəhərində yaradılıb. Bununla bağlı şirkkətin saytında deyilir: "Memarı və mühəndisi layihələndirmə, tikinti və maliyyə müşayiətində dərin bilik və təcrübəyə malik olan şirkət "açar təhvili" layihələrin yaradılması ilə məşğul olur. Şirkətimizin əməkdaşları özəl müsabiqələrə, kommersiya təş kilatlarına və dövlət sifarişçilər inə geniş çeşidli, keyfiyyətli xidmət göstərməkdə uzun illərin təcrübəsinə malikdirlər".

Şirkət bir sıra bir sıra dövlət qurumların tenderlərinin qalibi olub.

Избранный
9
12
musavat.com

10Источники