RU

ABŞ-də HIV-ə qarşı ildə iki dəfə vurulan inyeksiyatəsdiqləndi

ABŞ Qida və Dərman İdarəsi (FDA) Lenacapavir adlı yeni preparatı təsdiqləyib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, dərman “Yeztugo” ticarət adı ilə satışa çıxarılacaq və ildə cəmi iki dəfə inyeksiya olunmaqla insanları HİV infeksiyasından qoruyacaq.

Mütəxəssislər bildirir ki, bu iynə gündəlik qəbul edilən dərmanlara alternativ olaraq daha rahat və effektiv profilaktika üsulu sayılır. İnyeksiyanın təsir müddəti 6 ay davam edir və yüksək qoruyuculuq təmin edir.

Hazırda HIV infeksiyasına qarşı profilaktika məqsədilə əsasən gündəlik həblərdən istifadə olunur. Lakin mütəmadi dərman qəbulu bir çox insanda davamlılıq problemi yaradır. Yeni üsul isə bu çətinliyi aradan qaldıra bilər.

Tədqiqatların ilkin nəticələri göstərib ki, Lenacapavir istifadəçilərdə yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Həkimlər ümid edirlər ki, bu dərman gələcəkdə HİV infeksiyasına qarşı mübarizədə dönüş nöqtəsi olacaq.

Nuriyyə NATİQQIZI

Избранный
53
redaktor.az

1Источники