Basketbol üzrə Avropa çempionatında ilk finalçı məlum olub.
Offsideplus.az xəbər verir ki, Almaniya və Finlandiya arasında baş tutan yarımfinal qarşılaşmasından son dünya çempionları qələbə ilə ayrılıb.
Almanlar 98:86 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Görüşün ən məhsuldar oyunçusu Dennis Şröder olub. O, 26 xal, 12 assistlə oynayıb.
Onların finaldakı rəqibi Türkiyə və Yunanıstan arasındakı görüşdən sonra müəyyənləşəcək. Bu oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq.