RU

Naxçıvanda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüş keçirilib

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət alan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün də dövlət başçılarının səyləri ilə davamlı inkişafda olduğu məmnunluqla ifadə edilib, Naxçıvanın Türk dünyası üçün önəmi xüsusi vurğulanıb.

Bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə olunub.

Görüşdə xatirə hədiyyələri təqdim edilib.

Избранный
7
5
azertag.az

6Источники