RU

Türkiyə ilə Ermənistan arasında RAZILAŞMA – BU TARİXDƏN

Türkiyə və Ermənistan nümayəndələri 2026-cı ilin yayına qədər iki ölkə arasında hava əlaqəsinin həcminin artırılması barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında keçirilən görüşün nəticələrinə dair məlumat yayıb.

Məlumata əsasən, xüsusi nümayəndələr maraqlı şirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlər üzrə uçuşlara başlaması üçün zəruri səylərin göstərilməsi barədə razılığa gəliblər. pizza sifarişi

Bundan əlavə, görüşdə mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Xüsusilə ali təhsil üzrə tələbələr üçün təqaüdlərin təsis edilməsi və tarixi İpək Yolu marşrutunun bir hissəsi olan Ani körpüsünün birgə bərpası nəzərdə tutulub.

Həmçinin nümayəndələr heç bir ilkin şərt irəli sürmədən münasibətlərin normallaşması prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Избранный
15
2
konkret.az

3Источники