RU

Nazirlik MİQ imtahanlarının ödənişli olması üçün parlamentə müraciət edib - Deputat AÇIQLADI

Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının ödənişli olacağını bildirib. 

Qeyd edək ki, "Təhsil haqqında" qanunun 14.3 maddəsində göstərilir ki, Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 

Bəs belə bir qanun olduğu halda MİQ imtahanlarının ödənişli olması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu qanun dəyişdirilir.

"Bəli, "Təhsil haqqında" qanunda bu məsələ ola bilər. Amma nazirliyin qərarına və bizə daxil olan müraciətə əsasən artıq bu prosesin ödənişli olması nəzərdə tutulur. Məsələnin mahiyyəti bundadır və bu dəyişikliyin də əsas hədəfi, məqsədi budur. Təbii ki, digər qanunlara da baxılması, onlarda da müəyyən dəyişikliklər edilməsi, müəyyən addımlar atılması da nəzərdə tutula bilər və tutulacaq. Bu artıq yenə də Elm və Təhsil Nazirliyindən asılı bir məsələdir. Yəni qeyd olunduğu kimi də burada əsas məqsəd, hədəf dediyimiz kimi subyektiv halların qarşısının alınması və burada bu prosesin daha düzgün tənzimlənməsidir",- deyə deputat qeyd etdi.

Aytəkin TOFİQQIZI

Избранный
39
redaktor.az

1Источники