RU

İş yoldaşının başını kəsdi, yumalayıb zibilliyə atdı - ABŞ-də

ABŞ-də Çarli Kirk və ukraynalı miqrantın qətlindən sonra daha bir dəhşətli qətl törədilib.

Hakimiyyet.az xarici KİV-ə istinadla xəbər verir ki, Texas ştatının Dallas şəhərində xidmətçi işləyən 37 yaşlı Yordanis Kobos-Martinez iş yoldaşını vəhşicəsinə qətlə yetirib.

Məlumata görə, Martinezlə 50 yaşlı həmkarı, Hindistan vətəndaşı Çandra Naqamallaiah arasında mübahisə düşüb.

Şahidlərin sözlərinə görə, Nagamallaiah Martinezə paltaryuyan maşının xarab olduğunu və onu istifadə etməməyi deməyə çalışıb. Ancaq hindli sözünü başqa bir işçi ilə çatdırmağa çalışıb. Bu da Martinezi qəzəbləndirib.

Kobos-Martinez otaqdan çıxaraq iri bıçaqla geri dönüb və iş yoldaşına çoxsaylı zərbələr endirib. Hindistanlı şəxs qaçmağa çalışsa da, qəzəbli xidmətçi onu izləyib.

Martinezi həyat yoldaşı və oğlu dayandırmağa çalışsa da, faydasız olub. Qəzəbli şəxs iş yoldaşının başını kəsdikdən sonra asfaltda yumalayıb və zibil qutusuna atıb.

Hadisə yerinə gələn polislər cinayətkarı yaxalayıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Məhkəmə qeydlərinə əsasən, Martinezin daha əvvəl də hücum və avtomobil oğurluğuna görə həbs edildiyi üzə çıxıb.

Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb. O, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsindən qaçan ukraynalı mühacir İrina Zarutskanın metroda qətlə yetirilib.

Hər iki hadisə dünya gündəmində müzakirələrə səbəb olub.

Billurə

Избранный
18
4
hakimiyyet.az

5Источники