RU

“Tarqovı”da yeni restoran açmaq üçün AĞACLARI KƏSİRLƏR VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtda sahibkarların özbaşınalıqları nəticəsində şəhərin təbiətinə ciddi ziyan dəyir. Sosial şəbəkələrdə bu mövzuda dəfələrlə videolar paylaşılır, aidiyyəti qurumlara mesaj verilir, müraciət edilir. Lakin yenə də icra hakimiyyətlərinin belə özbaşınalıqlara göz yumması problemlərin həll olunmasına maneə yaradır.

Avtosfer.az xəbər verir ki, Bakıda vətəndaşların, eləcə də tursitlərin ən çox üz tutduğu məkan olaraq bilinən Fəvvarlər meydanında bir hissə hasarlanıb, ağaclar kəsilib. Bununla bağlı vətəndaşalrdan biri video yayıb. Bildirib ki, ərazidə böyük obyekt tikiləcək deyə meydandakı hündür ağacların budaqlarını kəsməkdən yayınmayıblar.

Əldə etdiyimiz məlumata görə hasarlanmış, həmişəyaşıl ağacların budaqlarının kəsilməsində məqsəd məşhur “fast-food” restoranlarından birinin açılmasına şərait yaratmaqdır.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərsək də, onlar meydandakı məsələlərə Bakı Abadlq Xidmətinin cavabdehlik daşıdığını qeyd etdilər.

Bakı Abadlıq Xidmətinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun qulluq etdiyi park və xiyabanlardakı obyektlərə aid hansısa sualı cavablamaq səlahiyyəti yoxdur.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
avtosfer.az

1Источники