RU

Tramp Rusiyaya qarşı yeni sanksiyalardan danışdı

ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı mümkün yeni sanksiyaların detallarını açıqlayıb.

AzPost xəbər verir ki, Fox News telekanalına müsahibəsində Tramp məhdudiyyətlərin əsasən enerji sektoru, bank sistemi və gömrük tariflərini əhatə edə biləcəyini deyib.

Onun sözlərinə görə, “banklara güclü zərbə” endirilməsi və neft sahəsinə qarşı sərt tədbirlərin gündəmdə olduğunu istisna etmir. Tramp həmçinin əlavə tariflərin tətbiq oluna biləcəyini bildirib.

ABŞ lideri vurğulayıb ki, artıq müəyyən addımlar atılıb. O, nümunə kimi Hindistana qarşı tətbiq edilən 50 faiz rüsumları xatırladıb. Tramp qeyd edib ki, Hindistan Rusiyanın əsas neft alıcılarından biridir və bu addım Vaşinqton ilə Nyu-Dehlin münasibətlərində müəyyən gərginlik yaradıb.

Qeyd edək ki, Tramp bundan əvvəl Moskva ilə bağlı ikinci mərhələdə sanksiyaların gündəmə gələ biləcəyini bildirmişdi, lakin təfərrüatları açıqlamamışdı.

Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, Qərbin təzyiqlərinə baxmayaraq ölkə iqtisadiyyatı sanksion zərbələrə davam gətirir. Moskva Qərbin məhdudiyyət siyasətini uğursuz və nəticəsiz adlandırır.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qərbin əsas məqsədi ölkəni zəiflətmək və milyonlarla insanın sosial vəziyyətini pisləşdirməkdir. O, əlavə edib ki, tətbiq edilən məhdudiyyətlər təkcə Rusiyaya deyil, bütün qlobal iqtisadiyyata mənfi təsir göstərib.

AzPost.az

Избранный
21
1
azpost.info

2Источники