RU

22 yaşlı Utah sakini Çarli Kirkin qətlində əsas şübhəlihesab olunur

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs Utah ştatının 22 yaşlı sakini Tayler Robinsondur.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, məhz Robinson bu iş üzrə əsas şübhəli kimi tanınıb və araşdırmanın mərkəzindədir.

“ABŞ Prezidenti Tramp cümə günü səhər bəyan edib ki, Çarli Kirkin qətlində şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib ki, bu şəxs 22 yaşlı Utah sakini Tayler Robinsondur”, – nəşrdə qeyd olunur.

Məlumata görə, gənci hüquq-mühafizə orqanlarına öz atası ifşa edib. Robinson cinayəti bir ailə üzvünə etiraf etdikdən sonra atasının polisə müraciət etdiyi bildirilir.

İstintaq materiallarına əsasən, Tayler Robinson daha əvvəl polis orqanlarının diqqətində olmayıb. Ona qarşı tezliklə rəsmi ittiham irəli sürüləcək.

Избранный
21
22
redaktor.az

10Источники