RU

Çarli Kirkin qətli ilə bağlı saxlanılan şəxsin kimliyi məlum olub

Vaşinqton, 12 sentyabr, AZƏRTAC

Amerikalı fəal Çarli Kirkin ölümü ilə bağlı saxlanılan şəxs 22 yaşlı Tayler Robinsindur. AZƏRTAC-ın xəbərinə görə, bu barədə mətbuat konfransında Yuta ştatının qubernatoru Spenser Koks məlumat verib. Şübhəli şəxs Yuta ştatındandır.

“Onu tutduq. Sentyabrın 11-də axşam saatlarında Tayler Robinsonun ailə üzvü ailə dostu ilə əlaqə saxlayıb və o da Vaşinqton əyalətinin şerifi ilə danışaraq Robinsonun etiraf etdiyini və ya hadisəni törətdiyinə eyham vurduğunu təsdiqləyib”, - deyə qubernator bildirib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
28
2
azertag.az

10Источники