RU

Dəhşətli qəza: Piyada belə vuruldu ANBAAN VİDEO

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Göy məscidin qarşısı, mərkəz istiqamətində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

NİİM-in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində piyadaların çox hissəsi keçidlərdən istifadə edir:

"Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, belə hallarda piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
17
www.bakupost.az

10Источники