RU

Olimpiya mükafatçısı Azərbaycan Güləş Federasiyasında koordinator təyin edilib

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib.

Rafiq Hüseynov bundan sonra AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Избранный
12
4
ikisahil.az

10Источники