RU

Tramp deyir ki, o, Polşada dronlarla bağlı vəziyyətdə heç kimi müdafiə etmək fikrində deyil

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp deyib ki, o, Polşa hava məkanında pilotsuz təyyarələrlə bağlı vəziyyətdə heç kimi müdafiə etmək fikrində deyil.

Bizimyol.info xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən: “Mən heç kimi müdafiə etmək fikrində deyiləm. “Polşa onları vurdu. Hər halda, dronlar Polşanın yaxınlığında olmamalı idi”, - deyə bildirib.

Sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun əməliyyat komandanlığı pilotsuz uçuş aparatları olduğu müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb.

Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb.

Hadisə ilə əlaqədar NATO Polşanın tələbi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinə istinad edib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankivsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində məhv edilməsi planlaşdırılan heç bir hədəf olmayıb. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
bizimyol.info

1Источники