RU

Xanım bələdiyyə sədri cərimələndi

Cəlilabad rayonunun Muğan bələdiyyəsinnin sədri cərimələnib. 

 

Sitat.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bələdiyyə sədri Amalya Əmənovaya qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Belə ki, Amalya Əmənova barəsində bələdiyyənin işçiləri olmuş V.Adgözəlovun əmək haqqı borcunun, R.Həsənovun isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətinin tam şəkildə ödənişini təmin etmədiyi üçün protokol tərtib olunub. 

 

Məhkəmənin qərarı ilə bələdiyyə sədri sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 manat məbləğində cərimə edilib.

 

Qeyd edək ki, İXM-in 539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Избранный
2
4
sitat.info

5Источники