RU

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ermənistan və Türkiyə Gümrü–Qars dəmir yolu xəttinin bərpası və istismara verilməsi üçün texniki araşdırmalar aparmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in xüsusi nümayəndələrin görüşünə dair bəyanatında deyilir.

Rubinyan və Sərdar Kılıç, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanları yaratmaq və tarixi Ani körpüsünün birgə bərpası yolu ilə mədəni və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün səy göstərməyə razılaşıblar.

Xüsusi nümayəndələr, həmçinin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirən digər maraqlı şirkətlərin cəlb edilməsinə yönəlmiş zəruri işlərin görülməsi barədə razılaşıblar.

***

16:58

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, türkiyəli həmkarı Sərdar Kılıçla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Избранный
41
8
apa.az

10Источники