RU

“Qarabağ”ın oyununa biletin qiyməti 88 manatdır

ain.az bildirir, Unikal.az portalına istinadən.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək istəyənlər üçün 500 nəfərlik yer ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışdadır.

Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidirlər. Biletlərin qiyməti 88 AZN-dir.

Qeyd olunub ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.

Azarkeşlər üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunub.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
13
unikal.az

10Источники