Bakı. Trend:
“Bulgartransgaz EAD” və “United Bulgarian Bank AD” şirkətləri“Şaquli qaz dəhlizi” layihəsi çərçivəsində investisiyatədbirlərinin hədəfli maliyyələşməsi üçün 200 milyon bolqar levisi(102,26 milyon avro) həcmində uzunmüddətli kreditin ayrılması haqdasaziş bağlayıblar.
Trend bu barədə“Bulgartransgaz”a istinadən xəbər verir.
Cari ilin iyun ayında Bolqaristan ərazisində “Şaquli dəhlizin”tikintisi üzrə strateji layihənin maliyyələşdirilməsi üçün bankseçimi prosedurunu keçirib. Prosedur xüsusi maraq doğurub. Maliyyəqurumlarının təklif etdiyi resurslar tələbatı təxminən səkkiz dəfəüstələyərək, 781,8 milyon avro təşkil edib.
Kreditin ödəniş müddəti investisiyaların miqyası ilə uzlaşır,şərtlər isə son dərəcə əlverişli hesab olunur – illik faiz dərəcəsi2 faizdən azdır. 10 sentyabrda Bolqarıstan Nazirlər ŞurasıRespublika Bolqarıstanı ilə United Bulgarian Bank AD arasında“Bulgartransgaz” şirkətinə layihənin maliyyələşdirilməsi üçünveriləcək uzunmüddətli kredit üzrə dövlət zəmanəti sazişilayihəsinin təsdiqlənməsi barədə qərar qəbul edib.
“Şaquli qaz dəhlizi” layihəsi Bolqarıstan, Yunanıstan, Rumıniya,Macarıstan, Slovakiya, Ukrayna və Moldovanın qaz nəql edənoperatorlarının strateji təşəbbüsüdür. Layihənin məqsədi regiondatəbii qazın etibarlı, şaxələndirilmiş və dayanıqlı daşınmasınıtəmin etmək, həmçinin, Avropanın enerji müstəqilliyinimöhkəmləndirməkdir.