Bakı, 12 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə BDU Elmi şurasının 2025/2026-cı tədris ilində ilk iclasında qərar qəbul olunub.
Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir əmsallı, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.