Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni tərəfinə təşəkkür edib.
“Cebheinfo.az”-ın məlumatına görə, türkiyəli diplomat bu barədə özünün "X" mikrobloqunda yazıb:
“Səmimi qəbul üçün təşəkkür edirəm. Sizinlə yenidən görüşməyimə şadam”.
Xatırladaq ki, Sərdar Kılıç bu gün müzakirələr aparmaq üçün Ermənistana gedib.