Avropa Komissiyası (AK) sentyabrın 17-də 19-cu anti-Rusiya sanksiyalar paketini rəsmən irəli sürəcək.
AzPost bildirir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Onların məlumatına görə, yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlamanın sentyabrın 17-də Brüssel tərəfindən veriləcəyi gözlənilir.
Agentlik qeyd edir ki, AK iki Mərkəzi Asiya ölkəsinin bankını, həmçinin müstəqil Çin neft emalı zavodlarını sanksiya siyahılarına əlavə etmək imkanını nəzərdən keçirir.