Ukrayna ilə Rusiya arasında sülh müzakirələri dayanıb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov tərəflər arasında aparılan danışıqların nəticəsiz qaldığını bildirib:
“Danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Ona görə də hazırda sülh danışıqları dayandırılıb. Avropa ölkələri Ukraynada sülh səylərinə mane olur, Rusiya isə müzakirələrə açıqdır" – o deyib.
Billurə Yunus