RU

BŞTİ-nin tabeliyindəki məktəblərdə yarım milyondan çox şagird təhsil alacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 505 766 şagirdin təhsil alacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulub.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 028 uşaq cəlb olunub.
İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 149 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Избранный
9
1
oxu.az

3Источники