RU

Süni intellekt nazir oldu: Bu təcrübə sürətlə yayıla bilər?

Albaniya dünyada süni intellektlə yaradılmış naziri olan ilk ölkə olub...

ReAl-ın sədri: “Əslində, Albaniyanın atdığı addım açığı daha çox piar xarakterlidir”.

“İnsanlar səs verib hansısa partiyanı hakimiyyətə gətirirlərsə, ondan məsuliyyət də tələb edirlər”.

Bu sözləri ReAl partiyasının sədri Natiq Cəfərli Albaniyada rəqəmsal nazirin təyinatını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Albaniya dünyada süni intellektlə yaradılmış naziri olan ilk ölkə olub. Albaniyanın baş naziri Edi Rama cümə axşamı verdiyi açıqlamada bildirib ki, adı alban dilində "günəş işığı" mənasını verən Diella bütün dövlət satınalmalarına cavabdeh olacaq. Bu addım hökumətin səmərəliliyi artırmaq və bürokratik prosesləri optimallaşdırmaq məqsədi ilə atılıb.

Bəs, bu təcrübə sürətlə yayıla bilər və yaxın gələcəkdə süni intellektlərin dövlətləri idarə etməsinə ehtimal vermək olar? Rəqəmsal virtual hökümətə, ya da ayrı-ayrı nazirlərin olmasına münasibət necədir?

Mövzunu Poliqon-nun əməkdaşı ReAl partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Onun necə həyata keçiriləcəyi, verilən qərarların məsuliyyətinin kimin daşıyacağı ciddi suallar doğurur”.

Süni intellektin məsuliyyətini kim daşıyacağını sual edən ReAl sədri bildirib ki, burada məsuliyyət məsələsi ciddidir:

“Əslində, Albaniyanın atdığı addım açığı daha çox piar xarakterlidir. Bununla Albaniya bütün dünyanın diqqətini cəlb etdi. Bu Albaniya üçün çox gözəl piar gediş oldu.

Amma virtual nazirin öz vəzifələrini necə həyata keçiricəyi, verilən qərarların məsuliyyətinin kimin daşıyacağı ciddi suallar doğurur. Çünki nazir vəzifəsi icra orqanıdır və hər bir nazirlik ölkənin müəyyən sahəsini idarə edən və bu sahənin məsuliyyətini daşıyan dövlət institutudur. İnsanlar səs verib hansısa partiyanı hakimiyyətə gətirirlərsə, ondan məsuliyyət də tələb edirlər. Hakimiyyətə gələn partiya isə öz nazirləri ilə həm dövləti təmsil edir, həm də xalqa xidmət göstərirlər.

Süni intellektin məsuliyyətini kim daşıyacaq? Yəni, burada məsuliyyət məsələsi ciddidir. Ona görə də mən bu məsələnin geniş yayılacağına ehtimal vermirəm.

Digər tərəfdən, dövlətləri süni intellekt idarə etmiş olsa, insanlar sadəcə onların əsirinə çevriləcək. Bu isə süni intellektlə bağlı narahatlıqları bir daha ortaya qoyur. Mən düşünmürəm ki, insanlar belə bir səhvə yor verəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
39
poliqon.info

1Источники