RU

Dəniz məhsullarının baha olmasının səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Son illər Azərbaycanda dəniz məhsullarının qiymətinin bahalığı istehlakçılar arasında tez-tez müzakirə olunan mövzulardan biridir.

BAKU.WS-in məlumatına görə, xüsusilə balıq və digər dəniz məhsullarına tələbat artsa da, qiymətlərin yüksək olması bəzi hallarda alıcıları çətin vəziyyətdə qoyur.

Maraqlıdır ki, bu bahalığın əsas səbəbi nədir – məhsulların tutulmasındakı çətinlik, yoxsa tamamilə başqa amillər?

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, balıqların qiymətini bazar özü tənzimləyir:

"Amma dənizdən tutulmuş balıqlar kvota ilə verilir və bir çox növlərə artıq uzun müddətdir kvota verilmir. Buna misal olaraq nərəkimiləri, Xəzər qızıl balığını qeyd edə bilərik. Nəsli tükənməkdə olan balıqların dənizdən tutulması ümumiyyətlə qadağandır. Hazırda bazarlarda olan nərəkimilərin hamısı akvakultura məhsuludur və təsərrüfat şəraitində yetişdirilir.

Kvotaların sayı məhduddur. Məqsəd odur ki, bioloji resurslarımız gələcək illərə və nəsillərə də çatsın. Dünya ölkələrində də oxşar tendensiya gedir. Həm bioloji ehtiyatları qorumaq, həm də dayanıqlığı təmin etmək üçün akvakulturalar dəstəklənir və kvotalar nəzarət altında müəyyən miqdarda verilir.

Yekunda akvakulturadan verilən balıqlarda da demək olar ki, eyni zülal, Omeqa-3 və başqa minerallar var. İnsanlar öz balıq tələbatlarını akvakultura məhsulları hesabına da ödəyə bilirlər".

Orxan Hüseyn

Избранный
31
1
far.az

2Источники