RU

Girov götürülən azərbaycanlının öldürülməsi və digər cinayətlər üzrə sənədlər məhkəmədə elan olunub

Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Избранный
9
40
aznews.az

10Источники