RU

Bakının Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılacaq

 Sabah saat 08:00-dan sentyabr 14-ü 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Missiya.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata əsasən, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qurum sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Избранный
15
10
missiya.az

6Источники