RU

“Ermənistanla Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır” - Amerikalı senator

“Ermənistanla Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır və Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edir”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin Montana ştatını təmsil edən respublikaçı senator Stiv Dasen deyib. 

O bildirib ki, hazırda ABŞ opponentləri Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımlarına hər cür mane olmağa çalışırlar.

Dasen qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki administrasiyanın səhifəsini çevirib, real investisiyalara və daha sıx əməkdaşlığa baxır. 

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr Amerikanın milli təhlükəsizliyi üçün çox vacibdir.

Daşqın HəsənovMissiya.Az

Избранный
23
missiya.az

1Источники