RU

Ukraynanın hücumundan sonra limanda gəmi yandı

Ajans.az xəbər verir ki,bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib. “Primorsk limanında gəmidə baş verən açıq yanğın söndürülüb. Daşqın və ya neft sızması təhlükəsi yoxdur”, – deyə o, özünün rəsmi Telegram kanalında bildirib. Qubernatorun sözlərinə görə, yanğına səbəb Ukrayna PUA-sının hücumu olub. Vurulan dronların qalıqları və dağıntı hissələri liman ərazisinin müxtəlif hissələrinə düşüb. Hadisədən əvvəl Drozdenko bölgə üzərinə hücum edən 30-dan çox Ukrayna PUA-sının hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Təhlükəsizlik tədbirləri gücləndirilib. İlkin məlumatlara əsasən, insident nəticəsində ölən və ya xəsarət alan olmayıb, eləcə də genişmiqyaslı dağıntılar qeydə alınmayıb.

 

Избранный
28
Ajans.az

1Источники