RU

Ənciri kimlər ehtiyatla yeməlidir?

Ənciri

Əncir min illərdir həm şirin dadı, həm də zəngin qida dəyəri ilə insanların sevimli meyvələrindən biri sayılır. Onu təzə halda yemək, qurudub istifadə etmək və ya şirniyyatlara qatmaq ənənə halını alıb. Əncir həm vitaminlərlə, həm də minerallarla zəngindir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir.Lakin hər faydalı qidanın olduğu kimi, əncirin də müəyyən qruplar üçün təhlükəli tərəfləri var. Bəzi insanlarda əncirin həddindən artıq istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Ona görə də “əncir hər kəs üçün faydalıdırmı?” sualı təbii olaraq ortaya çıxır.1. Mədə-bağırsaq xəstəlikləri olanlarƏncirin tərkibində çoxlu lif və təbii şəkər var. Bu səbəbdən qastrit, mədə xorasının kəskinləşməsi, həssas həzm sistemi olan insanlarda köp, ağrı və diskomfort yarada bilər.2. Şəkərli diabet xəstələriƏncir təbii şəkərlə zəngindir və qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb ola bilər. Ona görə diabeti olanlar həkimlə məsləhətləşmədən çox yeməməlidirlər.3. Artıq çəkisi və piylənməsi olanlarYüksək kalori və şəkər tərkibinə görə əncirin çox yeyilməsi çəki artımını sürətləndirə bilər.4. Allergiyası olanlarBəzi insanlarda əncir allergik reaksiyalar (qaşınma, səpgilər, boğazda qıcıqlanma) yarada bilər. Xüsusilə lateks allergiyası olanlarda risk artır.5. Sidikdaşı və böyrək problemi olanlarƏncirdə yüksək miqdarda oksalat var. Bu maddə böyrək və sidik yollarında daş əmələgəlmə riskini yüksəldə bilər.6. Qan durulaşdırıcı dərman qəbul edənlərƏncir K vitamini ilə zəngindir. Bu vitamin qanın laxtalanmasına təsir edir. Qan durulaşdırıcı dərman qəbul edənlərdə balans poza bilər.Əncir çox faydalı və vitaminlərlə zəngin meyvədir, amma diabet xəstələri, mədə-bağırsaq problemləri olanlar və böyrək daşı riski daşıyanlar ehtiyatlı olmalıdırlar.Ulusum.az

Diqqət Çəkənlər

Hansı yeməyin qoxusu kişiləri cəlb edir?

Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

Избранный
18
ulusum.az

1Источники