RU

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 161 nəfər saxlanıldı -VİDEO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD (DAEŞ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 161 nəfərin saxlanıldığını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat bir həftə davam edib və Türkiyənin 38 vilayətində aparılıb.

 

O, terror təhlükəsinin aradan qaldırılmasına verdiyi töhfəyə görə Türkiyənin xüsusi xidmət və prokurorluq orqanlarına təşəkkür edib.

 

Saxlanılanlar terror təşkilatında iştirakda və cinayət strukturlarını maliyyələşdirməkdə ittiham olunurlar. Axtarışlar zamanı dövlət qeydiyyatına alınmamış silahlar və qadağan olunmuş ədəbiyyat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, hüquq-mühafizə orqanları ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.

Избранный
8
4
senzor.az

5Источники