RU

Türk hakerlər İsrail nazirinə zəng etdilər

Türk hakerlər X sosial şəbəkəsində İsrailin bəzi nazirlərinin və yüksək rütbəli məmurlarının telefon nömrələrini dərc ediblər.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, onların arasında Knessetin spikeri Amir Ohana, ədliyyə naziri Yariv Levin, energetika naziri Eli Kohen, təhsil naziri Yoav Kiş, mədəniyyət və idman naziri Miri Regev, nəqliyyat və yol təhlükəsizliyi naziri Miki Zohar, kənd təsərrüfatı naziri Avi Dixter, iqtisadiyyat və sənaye naziri Nir Barkat və keçmiş müdafiə naziri Yoav Qallant da var.

Bundan əlavə, hakerlər Baş nazir Benyamin Netanyahunun iddia edilən telefon nömrəsini də dərc edərək, bunun işləməyə biləcəyini vurğulayıblar.

Ötən gün eyni hakerlər qrupu İsrailin müdafiə naziri İsrail Katzın telefon nömrəsini dərc etmiş, üstəlik, nazirin səhvən qəbul etdiyi videozəngin skrinşotunu da yaymışdılar.

“Ynet” yazır ki, söhbət zamanı haker Katzı təhqir edib və zəngi bitirmədən skrinşot çəkə bilib.
Избранный
10
4
sherg.az

6Источники