RU

Bakıda 2 uşaq küçədə gecələdi - VİDEO/ YENİLƏNDİ

Həzi Aslanov metrostansiyası yaxınlığında küçədə qalması müəyyən olunan digər azyaşlı - 14 yaşlı uşaq da polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq DİN-dən məlumat verilib.

Xeyrənsə Piriyeva

***

15:40

Xətai rayonunda “Həzi Aslanov” metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən News24.az-a bildirildi ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

“Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb.

Избранный
69
8
news24.az

10Источники