RU

Polis paytaxtda dələduzluq edən şəxsləri saxlayıb

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A. Sadıqov, tanışı 38 yaşlı N. Məlikov və 24 yaşlı M. Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
37
35
ekologiya.az

10Источники