RU

“Cahilliyi təbliğ edən hər kəs cahildir!” - Təranə -Musa cütlüyünə SƏRT REAKSİYA

Azərbaycan şou-biznesində diqqət çəkən cütlüklərdən biri də müğənnilər Təranə Qumral və Musa Musayevdir. Onlar yalnız sənətdəki fəaliyyətləri ilə deyil, həm də şəxsi həyatları və açıqlamaları ilə tez-tez gündəmə gəlirlər. Bu dəfə sənətçi cütlük qızları ilə bağlı səsləndirdikləri fikirlərlə ictimai müzakirə yaradıb. Belə ki, Təranə Qumral və Musa Musayev övladlarının 18 yaşı tamam olan kimi evlənməsini istədiklərini bildiriblər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bu cür düşüncələri sərt tənqid edib. 
O bildirib ki, belə fikir səsləndirən hər kəs cahilliyi təbliğ edir: Dominos pizza
“Bu məsələ ilə bağlı demək istədiyim əsas fikir odur ki, cahilliyi təbliğ edən hər kəs cahildir. Fərqi yoxdur, bu insan sənətçidir, müğənnidir, aktyordur, ya da hansısa digər sahədə fəaliyyət göstərir. Belə şeyləri təbliğ edən hər bir şəxs, statusundan və mövqeyindən asılı olmayaraq, cahil adını daşıyır. Oxumuş, dünyagörmüş və savadlı biri heç vaxt efirlərdə bu cür fikirləri təbliğ etməz”.
Kəmalə Ağazadə əlavə edib ki, Təranə Qumral və Musa Musayevin bu fikirlərlə cəmiyyətə hansı mesajı ötürməyə çalışdıqları anlaşılmazdır:
“Mən belə düşünürəm ki, ictimai nüfuzu olan hər bir insan davranışı və sözləri ilə cəmiyyətə nümunə olmalıdır. Əgər efirlərdə belə fikirlər təbliğ olunursa, verilişin aparıcısı harada baxır? Təranə Qumral və Musa Musayev bu fikirləri ilə insanlara hansı mesajı vermək istəyirlər? Əslində televiziya aparıcıları və efirlərdə çıxış edən hər kəs cəmiyyətə nümunə olmalıdır. Əgər bunu bacarmırlarsa, o zaman sussunlar və millətin beynini boş-boş düşüncələrlə yumasınlar. Mən bu mövzuya görə söz tapmaqda çətinlik çəkirəm və Təranə Qumralı belə fikirlərinə görə öpüb, bağrıma basa bilməyəcəyəm”.
Qeyd edək ki, cütlüyün qızlarının evliliyi ilə bağlı açıqlamaları yalnız müzakirələrə səbəb olmayıb, eyni zamanda, cəmiyyətin bir hissəsi tərəfindən tənqidlə qarşılanıb.

Избранный
30
1
yenilik.az

2Источники