RU

Solovyovu yenə “öldürmək istəyiblər” VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Kremlin ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov ona növbəti dəfə sui-qəsd hazırlandığını bildirib. 

“AzPolitika” xəbər verir ki, bunu təbliğatçı öz kanalında məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya FSB-si ona sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Guya onun qətlinin Ukraynanın göstərişi ilə hazırlandığı bildirilir.

Ulyanovsk vilayətindəki Dimitrovqraddan olan şübhəlinin Solovyovun marşrutları haqqında məlumat toplamaq üçün bir neçə dəfə Moskvaya getdiyi iddia edilir. Həmin şəxsi 20 ilə qədər həbs gözləyir.

Bu, Solovyova qarşı ilk “sui-qəsd” deyil. 2022-ci ilin aprelində də Rusiya FSB-si Solovyova sui-qəsd planlaşdırdığı iddia edilən “neonasist terror təşkilatı” üzvlərinin saxlanılması barədə məlumat vermişdi. Həmin vaxt da tapşırığın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən verildiyi iddia edilirdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
azpolitika.info

1Источники