RU

Azərbaycanlı futbolçunun "Barselona" macərası bir ay çəkdi

Azərbaycanlı qolkiper Eldar Tağızadənin "Barselona"dakı karyerası uzun çəkməyib.

"Cebheinfo.az" sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.

Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.

Tağızadə "Barselona"nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.

Tağızadə hazırda klubsuzdur. "Neftçi"nin yetirməsi olan Eldar "Klermon" U-19, "Luqo", "Tudelano" klublarında çıxış edib.

"Cebheinfo.az" 

Избранный
33
8
cebheinfo.az

10Источники