RU

Qadın rejissorların filmləri təqdim olunacaq


Servantes İnstitutu Huelva Festivalı ilə birgə Latın Amerikası və İspaniyadan olan üç qadın rejissorun filmlərini İstanbulda təqdim edəcək.

Kulis.az xəbər verir ki, proqramda Dominikan Respublikası, Argentina və İspaniyadan olan filmlər qadınların həyatına həsr olunub.

Siyahıda Laura Hojmanın “İspaniyanın qadınlarına. Mariya Lexarraqa”, Florensia Vebenin “Paula” və Qabriella A. Mosesin “Boça Çika” filmləri yer alır.

Qeyd edək ki, filmlər 19-21 sentyabr tarixlərində Beyoğlu Kinoteatrında nümayiş olunacaq.

Избранный
46
kulis.az

1Источники