RU

Mikayıl Cabbarov ACWA Power şirkətinin baş icraçı direktoru ilə görüşüb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ölkəmizdə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçirilib.

"Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi apardıq. Bu kimi təşəbbüslərin Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyətini vurğuladıq", - deyə nazir qeyd edib.

"ACWA Power" şirkətinin (@acwapower_en) baş icraçı direktoru Marko Arçelli ilə görüşümüzdə ölkəmizdə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçirdik. Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri… pic.twitter.com/phnH6LmjUY

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
2
oxu.az

4Источники