RU

Zaxarova: Bu ölkədə hakimiyyəti devirməyə çalışırlar

BAKI, 12 sentyabr. TELEQRAF

“Rusiya Avropa Parlamentinin deputatlarının bu ölkədəki etiraz aksiyalarında iştirakını Serbiyanın işlərinə kobud müdaxilə və küçədə rejim dəyişikliyini stimullaşdırmaq üçün spekulyativ cəhd kimi qiymətləndirir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz bunu suveren dövlətin daxili işlərinə kobud müdaxilə kimi, küçədə rejim dəyişikliyinə təkan vermək üçün tamamilə spekulyativ cəhd kimi qiymətləndiririk. Bunun dəfələrlə sınaqdan keçirilmiş praktiki addım olduğunu görürük”, - o, Serbiyadakı etiraz aksiyalarında Avropa Parlamentinin deputatlarının iştirakı ilə bağlı sualı cavablandırarkən bildirib.

Избранный
66
teleqraf.com

1Источники