RU

İcra hakimiyyətində qayınana gəlinini və qudasını döydü

Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb.

XəzərNews.az xəbər verir ki, hadisə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində baş verib.

Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Şəlalə Ağayeva (soyad şərtidir) oğlu və gəlinini qəyyumluq şöbəsinə gətirib, onların birgə nikahdan olan övladını qəyyumluğa götürmək istəyir. Hadisə yerinə gəlinin anası Rüqəyya Əliyeva (soyad şərtidir) gəlib və Şəlalə ilə Rüqəyya arasında uşağa görə mübahisə yaranıb. Mübahisə nəticəsində Şəhla gəlinini və onun anası Rüqəyyanı yumruqla vurub yıxıb. O, daha sonra Rüqəyyanın saçından tutaraq icra hakimiyyətinin koridorunda sürüyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağayeva 300 manat cərimə edilib./Oxu.az

Xəbər 6 dəfə oxunub.
Избранный
14
14
xezernews.az

10Источники